Ağstafa sakinindən 6 kq heroin götürülüb

Ağstafa sakinindən 6 kq heroin götürülüb
# 25 yanvar 2021 12:40 (UTC +04:00)

Ağstafa rayon Polis Şöbəsinin, Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsinin və Böyük Kəsik Sərhəd Nəzarət Şöbəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Sadıqlı kənd sakini Seymur Namazov saxlanılıb. S. Namazovun bacısına məxsus rayonun Sadıqlı kəndindəki yarım tikiliyə baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada 6 ədəd litrlik plastik butulkada ümumi çəkisi 6 kq 205 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitəni Gürcüstan Respublikasında yaşayan Mahir adlı şəxsin onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq 6000 manat müqabilində qeyri-qanuni yollarla ona göndərməyini bildirib. Hazırda S. Namazovla cinayət əlaqəsinə girən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Götürülən maddi sübutlar istintaqa təhvil verilib, saxlanılan şəxslə bağlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR