Ağstafada gənc intihara cəhd edib

Ağstafada gənc intihara cəhd edib
# 16 mart 2021 08:13 (UTC +04:00)

Ağstafada intihara cəhdin qarşısı alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xəlfəli kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Nadir Fəxrəddin oğlunu yaxınları yaşadığı evdə asılı vəziyyətdə tapıblar.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Gəncin hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR