Ağsuda bir ton çətənə kolu yandırılıb

Ağsuda bir ton çətənə kolu yandırılıb
# 01 iyun 2020 09:37 (UTC +04:00)

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Ərəbmehdibəy kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, ümumi çəkisi 1 ton olan 2600 ədəd yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR