Ali Məhkəmə İlqar Məmmədova bəraət verib, təzminat təyin olunub - YENİLƏNİB

Ali Məhkəmə İlqar Məmmədova bəraət verib, təzminat təyin olunub - YENİLƏNİB
# 23 aprel 2020 11:10 (UTC +04:00)

Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında REAL sədri İlqar Məmmədovun cinayət işi üzrə şikayətə baxılıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub.

Qərara əsasən, İ. Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Ali Məhkəmənin qərarı ilə mənəvi zərərə görə İlqar Məmmədova 234 min manat təzminat ödənəcək.

İ. Məmmədovun vəkili Fuad Ağayev faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub.

İlqar Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Ali Məhkəmədə onun şərti cəzası ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR