Ukraynanın Rusiyanın Perm diyarına dron hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Perm diyarının qubernatoru Dmitri Maxonin bildirib.
Onun sözlərinə görə, region üzərində 56 Ukrayna dronu vurulub, bir neçə sənaye obyektinə ziyan dəyib.