Astara sakini evində qumar oyunu təşkil edib

Astara sakini evində qumar oyunu təşkil edib
# 11 yanvar 2021 11:01 (UTC +04:00)

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı bir neçə rayon sakininin karantin rejimi qaydalarını pozduğu və Ojakəran kənd sakini R.Əliyevə məxsus evdə toplaşaraq qumar oyunu oynadıqları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin vaxt orada olan şəxslər polis şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb və karantin rejiminin qaydaları bir daha izah edilib.

4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və onlar cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR