Astarada dənizdə batan gəncin meyiti çıxarılıb - YENİLƏNİB

Astarada dənizdə batan gəncin meyiti çıxarılıb - YENİLƏNİB
  • Clock-gray 18:10
  • calendar-gray 23 İyun 2020

Astarada dənizdə batan gəncin meyiti çıxarılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Astara rayonunun Maşxan kənd sakini, 24 yaşlı Rəşad Mehdi oğlu Baxşıyevin meyiti dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

17:38

Astarada bir nəfər dənizdə batıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara şəhərində, dənizdə (nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Baxşıyev Rəşad Mehdi oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Tural Kərimov

Digər xəbərlər