“Azərbaycan Dəmir Yolları”na məxsus binada yanğın olub

“Azərbaycan Dəmir Yolları”na məxsus binada yanğın olub
# 27 fevral 2020 16:06 (UTC +04:00)

Xızıda yanğın olub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xızı rayonunun Yaşma kəndində, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ümumi sahəsi 80 m² olan binanın bir otağında döşəmə və avadanlıqlar 4 m² sahədə, digər otağında kondisioner, 2 ədəd şkaf və pəncərə çərçivəsi yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR