Azərbaycanda narkotiklərlə əlaqəli qrup şəklində törədilmiş cinayətlərin sayı artıb

Azərbaycanda narkotiklərlə əlaqəli qrup şəklində törədilmiş cinayətlərin sayı artıb
  • Clock-gray 17:21
  • calendar-gray 05 Noyabr 2020

Bu ilin 9 ayında hüquq mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 198 fakt aşkar edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından daimi fəaliyyət göstərən İşçi Qrupundan APA-ya verilən məlumata görə, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 197,9 kq müxtəlif növ narkotik vasitə, 6 kq 501,4 qr psixotrop maddə, 2 kq 651 qr prekursor çıxarılıb.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 305-i qrup halında  törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 252,4 qr narkotik vasitələr müsadirə edilib. Qeydə alınmış cinayətlərin 1252-si əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib və onlardan çəkisi 435,1 kq müxtəlif növ narkotik vasitələr götürülüb.

Ötən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 536, qanunsuz satışı ilə bağlı faktların sayı 437, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 56, qrup şəklində törədilmiş cinayətlərin sayı 251 fakt, ümumilikdə aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 831 kq 734,4 qr, yabanı halda müyyən edilmiş narkotik xassəli bitkilərin yaş kütləsi 25 ton 946 kq 106 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 487 nəfər artıb. 

Bunula yanaşı məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının  sayı 12, azyaşlıların sayı 4, qadınların sayı 9 nəfər azalıb, orta məktəb şagirdləri və kollec tələbəsi məsuliyyətə cəlb edilməyib. 

 Qeyd olunanlarla yanaşı qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitə olan heroinin çəkisi -1 ton 483,4 kq, marixuananın çəkisi -163,8 kq, həşişin çəkisi - 68,9 kq, tiryəkin çəkisi -19,7 kq,  psixotrop maddələr və digərlərinin çəkisi - 99,3 kq artmış, kokainin çəkisi  3,6 kq azalıb. 

 

 

Əsmər Qabil

Digər xəbərlər