Azərbaycandan qeyri-qanuni yolla Rusiyaya keçmək istəyən Əlcəzair vətəndaşı saxlanılıb

Azərbaycandan qeyri-qanuni yolla Rusiyaya keçmək istəyən Əlcəzair vətəndaşı saxlanılıb
# 20 dekabr 2019 15:32 (UTC +04:00)

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

DSX-dan APA-ya verilən məlumata görə, dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ya­xın­lığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tə­rə­fin­dən 1 nəfər naməlum şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqa­mətində döv­lət sərhədini pozması müşahidə olunub­ və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cusu saxlanılıb. İlkin araşdırma zamanı saxlanılan şəxsin Cəlilabad rayon sakini, 1973-cü il təvəllüdlü İbrahimov Zahid Eldar olduğu məlum olub. Araşdırma zamanı Z.İbrahimovun 2018-ci ildə oğurluğa görə məhkum olunması və 2019-cu ilin iyun ayında vaxtından əvvəl şərti azadlığa buraxılması müəyyən edilib.

Dekabrın 17-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xid­məti sahəsində Azərbaycan Respublikasından Rusiya Federasıyası istiqa­mətində dövlət sərhədinin pozulması aşkar olunub, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­ıb. Görülmüş tədbirlər nəticəsində Qusar rayonunun Samur çay yatağında Əlcəzair Respublikasının vətəndaşı, 1987-ci il təvəllüdlü Lahlah Djamal sərhəd pozucusu qismində sax­lanılıb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR