Bacı və qardaşını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bacı və qardaşını bıçaqlayan şəxsin məhkəməsi başlayır
  • Clock-gray 09:56
  • calendar-gray 25 Dekabr 2019

Qobustanda qardaş və bacısını bıçaqlamaqda təqsirləndirilən Famil Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Qobustanda baş verib. Rayon  sakini 1963-cü il təvəllüdlü Qurbanov Famil Bəybala oğlu onun evində qonaq olan bacısı, 1966-cı il təvəllüdlü Məlahət Yadigarova ilə qardaşı, 1959-cu il təvəllüdlü Kamil Qurbanovu bıçaqlayıb.

M.Yadigarova döş qəfəsi və sağ bud nahiyəsi, Kamil Qurbanov isə qarın boşluğu və sol bud nahiyəsindən xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Hadisəni törədən şəxs saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Bakıdan gələn bacı-qardaş atalarından qalan mülkü bölüşdürmək üçün rayona, Famil Qurbanovun evinə gediblər. Burada mülk məsələsi üstündə tərəflər arasında narazılıq yaranıb. Nəticədə F.Qurbanov bıçaqla bacı-qardaşına hücum edib.

 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date