Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub
# 20 aprel 2021 10:45 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub.

APA xəbər verir ki, hakim Əli Məmmədovun koronavirus testinin nəticəsi pozitiv çıxıb və onun icraatında olan cinayət işləri təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakiminin - Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanovun COVID-19 testinin cavabı pozitiv çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR