Bakı-Sumqayıt şosesində sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Bakı-Sumqayıt şosesində sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
  • Clock-gray 04:56
  • calendar-gray 31 Dekabr 2020

Abşeron rayonunda sərnişin avtobusu qəza törədib, iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin  Xırdalan şəhəri ərazisinə  düşən hissəsində qeydə alınıb.

Belə ki, 135 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı arakəsəmə dəmirə çırpılıb. Qəza zamanı avtbousda olan sərnişinlər 1958-ci il təvəllüdlü Pənahova Nərminə Soltan qızı və 1956-ci il təvəllüdlü Zalıyev Əlifağa Mirabbas oğlu müxtəlif dərəcələi bədən xəsarətləri alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Nurlan Əli

Digər xəbərlər