Bakı-Sumqayıt şossesində avtomobil iti vurub, motosiklet sürücüsü maşının altında qalıb - FOTO

Bakı-Sumqayıt şossesində avtomobil iti vurub, motosiklet sürücüsü maşının altında qalıb - FOTO
  • Clock-gray 22:23
  • calendar-gray 04 Yanvar 2021

Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər avtomobil altında qalıb.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, çoban iti zəncirlərini qırıb sahibinin evindən qaçaraq şosseyə çıxıb. Bu zaman onu Hidayət Məmmədovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi vuraraq bir neçə metr irəliyə doğru sürüyüb. Qəza nəticəsində  avtomobil yararsız hala düşüb. 

Bu vaxt həmin istiqamətdə olan motosiklet sürücüsü qəzaya uğramış avtomobili görüb qəfil manevr edib. Manevr zamanı eyni istiqamətdə olan “Opel” markalı avtomobil motosikletə çırpılıb. Daha sonra motosikletin sürücüsü “Opel”in altında qalıb. Hadisə şahidlərinin köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. 

Hadisənin təfərrüatları Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Nurlan Əli

Digər xəbərlər