Bakı sakini bıçaqlanıb

Bakı sakini bıçaqlanıb
# 19 dekabr 2020 13:20 (UTC +04:00)

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dekabrın 18-də saat 17 radələrində Keşlə qəsəbəsi ərazisində yaşayan H.Rzaxanovun qarın və qol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Keşlə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Əhmədov saxlanılıb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR