Bakı sakini yaşadığı evin yaxınlığında bıçaqlanıb

Bakı sakini yaşadığı evin yaxınlığında bıçaqlanıb
# 16 yanvar 2021 08:16 (UTC +04:00)

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb

APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib.

7-ci Əhmədli küçəsində 1973-cü il təvəllüdlü Həbibov Adil Səlim oğlu yaşadığı evin yaxınlığında tanışı ilə əlbəyaxa dava zamanı döş qəfəsindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Fakt Xətai Rayon Polis İdarəsində araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR