Bakı sakini yol qəzasında xəsarət alıb

Bakı sakini yol qəzasında xəsarət alıb
# 20 fevral 2021 06:20 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə 2-ci Zabrat qəsəbəsində baş verib.

1979-cu il təvəllüdlü Səfərov Nemət Fikrət oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR