Bakı sakinindən odlu silah götürülüb

Bakı sakinindən odlu silah götürülüb
  • Clock-gray 13:59
  • calendar-gray 15 Sentyabr 2020

Paytaxt sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  Suraxanı dəmir yolu stansiyasının ərazisində Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Quliyevdən nömrəsi silinən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron götürülüb.

Sail Ağasəlim

Digər xəbərlər