Bakı sakinini dəniz kənarında avtomobil vurub

Bakı sakinini dəniz kənarında avtomobil vurub
# 24 fevral 2021 04:16 (UTC +04:00)

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində Xəzər dənizinin sahilində qeydə alınıb.

2002-ci il təvəllüdlü Yusifzadə Cəlal Elman oğlu dəniz kənarında gəzərkən onu minik avtomobili vurub.

C.Yusifzadə xəstəxanaya yerləşdirilib. O, döş qəfəsinin və çanağının sınığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR