Bakı sakininin avtomobilindən odlu silahlar götürülüb

Bakı sakininin avtomobilindən odlu silahlar götürülüb
# 21 sentyabr 2020 12:05 (UTC +04:00)

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan P.Həzilinin idarə etdiyi "Mercedes" markalı avtomobil Hövsan qəsəbəsi ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı avtomobildən 1 ədəd qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi, 1 ədəd nömrəsi silinmiş pnevmatik tapança, 1 ədəd bıçaq, 2 ədəd boş giliz, 1 ədəd dəyənək və üzərinə bıçaq tiyəsi bərkidilmiş alət aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR