Bakı sakininin evindən 1 kq-dan çox heroin götürülüb

Bakı sakininin evindən 1 kq-dan çox heroin götürülüb
# 17 yanvar 2020 11:52 (UTC +04:00)

Bakıda xeyli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Salmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Davam etdirilən tədbirlərlə A.Salmanovun narkotik vasitəni Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Rzayevadan alması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə onun evindən 1 kiloqram 256 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR