Bakıda 12 yaşlı oğlanı vuraraq qaçan sürücü tutulub

Bakıda 12 yaşlı oğlanı vuraraq qaçan sürücü tutulub
# 23 iyul 2020 13:11 (UTC +04:00)

Bakıda 12 yaşlı oğlanı vuraraq qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 21-də saat 12 radələrində Binəqədi rayonunun M.K.Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 12 yaşlı S.Butayevin vurulması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub.

Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib. 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobili idarə edən Bakı şəhər sakini E.Fərzalıyev müəyyən edilərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR