Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO
  • Clock-gray 03:12
  • calendar-gray 07 Yanvar 2020

 

 

Bakının Nərimanov rayonunda 2 avtomobil toqquşub.

APA xəbər verir ki, qəza Heydər Əliyev prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb.

Əsas yoldan köməkçi yola çıxmaq istəyən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi 99-AN-192 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilə çırpılıb.

Hadisə zamanı "Daewoo"nun sürücüsü yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası cəlb edilib.  Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date