Bakıda 30 yaşlı kişi bıçaqlanıb

Bakıda 30 yaşlı kişi bıçaqlanıb
# 04 iyul 2020 09:10 (UTC +04:00)

Bakıda 30 yaşlı kişi bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Naməlum şəxs qəsəbə sakini, 1990-cı il təvəllüdlü N. Ağayevi bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Sabunçu rayon Polis İdarəsinin 15-ci il Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Vəfadar Rəsulov tutulub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR