Bakıda 40 yaşlı kişi spirtli içkidən zəhərlənib

Bakıda 40 yaşlı kişi spirtli içkidən zəhərlənib
# 25 yanvar 2020 11:04 (UTC +04:00)

Bakıda kafedə spirtli içkidən zəhərlənmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, dünən saat 19:00 radələrində Qazaxıstanda anadan olan, 1980-ci il təvəllüdlü, Əzimov Şahmalı Anatoliyeviç Xətai rayonunda yerləşən “BEER POİNT” kafesində “Tradisii Belarusi” markalı spirtli içkini qəbul etdikdəmn sonra onun halı dəyişib.

Ş. Əzimov spirtli içkidən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR