Bakıda BMW piyadanı vuraraq öldürüb

Bakıda BMW piyadanı vuraraq öldürüb
# 22 fevral 2020 12:35 (UTC +04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, fevralın 21-də saat 2 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Cəfərli idarə etdiyi BMW markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Tural Abbasovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR