Səbail rayon icra hakimiyyətinin başçısı Badamdarda sürüşmə olan əraziyə gəlib - FOTO - YENİLƏNİB-3

Səbail rayon icra hakimiyyətinin başçısı Badamdarda sürüşmə olan əraziyə gəlib - FOTO - YENİLƏNİB-3
# 08 mart 2021 12:00 (UTC +04:00)

Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov sürüşmə hadisəsi baş verən əraziyə gəlib.

Vüqar Zeynalov APA-ya açıqlamasında bildirib ki, Badamdar qəsəbəsi ərazisində yerləşən sürüşmə zonasında yenidən aktivləşmə olub.

Hazırda araşdırma aparılır. Aidiyyəti qurumlar tərəfindən əlavə məlumat veriləcək.

Saat 10:30

Xəbərə fotolar əlavə edilib.

Saat 10: 11

Bakının Səbail rayonunda bir az əvvəl baş verən sürümə nəticəsində bir neçə gün əvvəl Badamdar şosesinin təmizlənən hissəsi yenidən torpaq altında qaldığı üçün bağlanıb.

APA-nın sürüşmə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində yaxınlıqda olan restoranın pəncərəsi sınıb.

Saat 09:50

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib.

APA hadisə yerindən fotoları təqdim edir.

Xəbər yenilənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR