Bakıda ana və qızı dəm qazından boğularaq ölüb - YENİLƏNİB

Bakıda ana və qızı dəm qazından boğularaq ölüb - YENİLƏNİB
# 11 mart 2021 13:30 (UTC +04:00)

Bakıda mənzildən meyiti tapılan qadınların ana və qızı olması müəyyən edilib.

APA-nın əldə etdiyi xəbərə görə, onlar dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

saat 13:24

Bakıda mənzildə iki qadın meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Rəhimova Səidə Fikrət qızının və 1979-cu il təvəllüdlü Rəhimova Kəmalə Hacıağa qızının meyitlərini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR