Bakıda arvadına 18 bıçaq vuraraq öldürən şəxsin istintaqı başa çatıb

Bakıda arvadına 18 bıçaq vuraraq öldürən şəxsin istintaqı başa çatıb
# 08 yanvar 2020 14:14 (UTC +04:00)

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən İlham Əkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il paytaxtın Nizami rayonu, Məmməd Şərifli küçəsi 82a ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1980-ci il təvəllüdlü Əkbərov İlham Lütfəli oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əkbərova Cəvahir Telman qızını 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

İ.Əkbərov hadisəni törətdikdən sonra Şəki rayonuna qaçıb.

Nizami Rayon Polis İdarəsi və Şəki Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR