Bakıda avtomobildən 3 min manatlıq qızıl oğurlanıb

Bakıda avtomobildən 3 min manatlıq qızıl oğurlanıb
# 25 mart 2020 12:02 (UTC +04:00)

Martın 23-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Əkbərov 2018-ci ilin martın 10-da rayon ərazisində “Mercedes” markalı avtomobilindən 3000 manat dəyərində qızıl üzüyünün oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR