Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb

Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb
# 18 fevral 2020 23:49 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1977-ci il təvəllüdlü Ramilə Əliyeva yolu keçərkən onu minik avtomobili vurub. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR