Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
# 11 dekabr 2019 14:02 (UTC +04:00)

Dekabrın 10-da Bakının Sabunçu rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın əldə etdiyi məlumata görə, yaralı, 1955-ci il təvəllüdlü Musayeva Həlimə Çəlbiş qızı bu gün 3 saylı Kliniki Tibbi Mərkəzdə vəfat edib.

***

10 dekabr, 23:12

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza Maştağa qəsəbəsində baş verib.

Minik avtomobili 1955-ci il təvəllüdlü Musayeva Həlimə Çəlbiş qızını vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb. H.Musayevaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR