Bakıda betonqarışdıran maşın piyadanı vurub

Bakıda betonqarışdıran maşın piyadanı vurub
# 24 noyabr 2019 22:34 (UTC +04:00)

Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.

APA-nın məlumatına görə, yol qəzası Təbriz küçəsində qeydə alınıb.

1954-cü il təvəllüdlü İsmayılov Mübariz Əliş oğlu yolu keçmək istəyərkən "Mercedes" markalı betonqarışdıran yük maşını onu vurub. Sürücü xəsarət alan piyadanı 1 saylı Xəstəxanaya çatdırıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR