Bakıda binanın həyətində avtomobil yanıb - FOTO - VİDEO

Bakıda binanın həyətində avtomobil yanıb - FOTO - VİDEO
# 18 dekabr 2019 05:14 (UTC +04:00)

Bakının Nərimanov rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb.

APA xəbər verir ki, hadisə İsmayıl Hidayətzadə küçəsində baş verib.

“Mercedes” markalı avtomobilin mühərrik hissəsi qəfil alışıb. Alov yaxınlıqdakı obyektin giriş qapısına keçib. Əraziyə FHN-in 3 texnikası və canlı qüvvəsi cəlb edilib. Alovun digər avtomobil və obyektə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR