Bakıda dava zamanı bir nəfər bıçaqlanıb

Bakıda dava zamanı bir nəfər bıçaqlanıb
# 19 yanvar 2021 05:01 (UTC +04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Rüsrəm Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Davodina Andrey Maksimoviç naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı qarnın ön divarının çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR