Bakıda evakuatorla avtomobilin toqquşması nəticəsində xəsarət alan sürücü xəstəxanada ölüb

Bakıda evakuatorla avtomobilin toqquşması nəticəsində xəsarət alan sürücü xəstəxanada ölüb
# 14 yanvar 2020 12:24 (UTC +04:00)

Bakıda ötən gün baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan sürücü ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 13-də səhər saat 6 radələrində Xətai rayonunun Neapol küçəsində Bakı şəhər sakini Elşad Nağıyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış “Mercedes” markalı evakuatora vurub. Nəticədə xəstəxanaya yerləşdirilən E.Nağıyev orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR