Bakıda gizli fəaliyyət göstərən oyun zalı aşkarlanıb, 22 nəfər cərimələnib

Bakıda gizli fəaliyyət göstərən oyun zalı aşkarlanıb, 22 nəfər cərimələnib
# 11 yanvar 2021 12:00 (UTC +04:00)

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən "Alfa-playstation club” oyun zalı aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Alfa-Playstation club”a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR