Bakıda gəlinini qətlə yetirən qayınatanın istintaqı başa çatıb

Bakıda gəlinini qətlə yetirən qayınatanın istintaqı başa çatıb
# 09 aprel 2020 09:37 (UTC +04:00)

Bakıda gəlinini qətlə yetirməkdə təqsirləndirilən Firdovsi Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Füzuli rayon sakini, 1962-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Firdovsi Məhərrəmov Südçülük sovxozu, nömrəsiz evdə yaşayan gəlini, 4 azyaşlı uşaq anası, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanın baş nayihəsinə balta ilə çoxsaylı zərbələr endirərək qətlə yetirib.

Xəzər Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F.Məhərrəmov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR