Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub
# 09 dekabr 2019 00:24 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Binəqədi şossesində baş verib.

1999-cu il təvəllüdlü Əhmədov Elsəvər Həmid oğlu piyadalar üçün müəyyən edilməmiş yerdən yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR