Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda iki avtomobil toqquşub, ölən var
# 01 dekabr 2020 12:58 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində şəhər sakini N.Rzayevanın idarə etdiyi “Chevrolet” və Goranboy rayon sakini Orxan Aslanovun idarə etdiyi “VAZ-2102” markalı avtomobillər toqquşub. Qəza nəticəsində O.Aslanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR