Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
  • Clock-gray 00:01
  • calendar-gray 11 Fevral 2021

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Səməd Vurğun və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.

Zaur Əliyev idarə etdiyi "Kia" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman onun avtomobili "Ford" markalı avtomobillə toqquşub. Zaur Əliyevin APA-ya verdiyi məlumata görə, "Ford" işıqforun qırmızı işığında keçib. Qəza nəticəsində Z.Əliyev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Digər xəbərlər