Bakıda işlədiyi evdən 15 min manatlıq oğurluq edən xadimə tutulub

Bakıda işlədiyi evdən 15 min manatlıq oğurluq edən xadimə tutulub
# 12 fevral 2021 12:20 (UTC +04:00)

Bakıda xadimə işlədiyi evdən oğurluq edib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, Nəsimi rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il noyabrın 5-də rayon ərazisindəki evlərin birindən 14 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini X.Həsənova saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR