Bakıda kafedə qonşunusu bıçaqlayan şəxsə hökm oxunub

Bakıda kafedə qonşunusu bıçaqlayan şəxsə hökm oxunub
# 03 dekabr 2019 12:53 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elvin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxsin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsimi istəyib.

Təqsirləndirilən şəxs son sözündə məhkəmədən ədalətli qərar gözlədiyini deyib.

Məhkəmənin hökmünə əsasən Elvin Xəlilov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 10-da paytaxtın Xətai rayon ərazisində yerləşən kafelərin birində baş verib.

Elvin Xəlilov sərxoş vəziyyətdə qonşusu Vüqar Novruzovla mübahisə ediblər. V. Novruzov E.Xəlilovu söyüb və döyməyə başlayıb. Bu zaman E. Xəlilov üstündə olan bıçaqla qonşusuna xəsarət yetirib. V. Novruzov xəstəxanaya yerləşdirilib və həyatı xilas edilib.

E. Xəlilov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR