Bakıda karantin rejimini pozan kafe icarədarı və müştəriləri cərimələnib - FOTO

Bakıda karantin rejimini pozan kafe icarədarı və müştəriləri cərimələnib - FOTO
# 29 iyun 2020 17:37 (UTC +04:00)

Paytaxtın Səbail rayonunda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

APA-nın məlumatına görə, Səbail Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Üzeyir Hacıbəyov küçəsində “Marani-gürcü mətbəxi”nin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 3 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 200 manat cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR