Bakıda keçmiş məhkumdan 11 kq narkotik götürülüb

Bakıda keçmiş məhkumdan 11 kq narkotik götürülüb
  • Clock-gray 12:52
  • calendar-gray 07 Sentyabr 2020

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Aşumov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 11 kiloqram 800 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər