Bakıda kişi arvadını liftdə öldürüb

Bakıda kişi arvadını liftdə öldürüb
# 22 may 2020 10:35 (UTC +04:00)

Bakıda arvadını öldürən şəxs tutulub.

APA-nın məlumatına görə, hadisə ötən gün Binəqədi rayonu Cavadxan küçəsində yerləşən binanın liftində qeydə alınıb.

Bakı şəhər sakini, 1980-cı il təvəllüd Könül Əsgərova qısqanclıq zəminində əri, 1977-ci il təvəllüdlü Hafiz Əsgərov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə törədən H. Əsgərov saxlanılıb.

Binəqədi rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR