Bakıda maşın körpüdən aşıb, ölən və yaralananlar var

Bakıda maşın körpüdən aşıb, ölən və yaralananlar var
  • Clock-gray 03:44
  • calendar-gray 12 Mart 2021

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Zaur Əlizadə idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman Bakı-Sumqayıt şossesində körpünün üzərindən avtomobili aşırıb. 

Qəza nəticəsində sürücü Z.Əlizadə, sərnişin 26 yaşlı Emin Əliyev ağır xəsarət alıb. Digər sərnişin Şahin Mədətov hadisə yerində ölüb. 

Qeyd edək ki, yaralılar Z.Əlizadənin doğum günü məclisindən çıxıblar.

 

Nurlan Əli

Digər xəbərlər