Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub
# 18 fevral 2021 22:43 (UTC +04:00)

Bakı şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 1-ci mərtəbəsində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 45 m² olan otaqda ev əşyaları 8 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Otaqlar yanğından mühafizə olunub. Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR