Bakıda mənzildə kişi meyiti aşkarlanıb

Bakıda mənzildə kişi meyiti aşkarlanıb
# 31 mart 2020 05:18 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Yuriy Ponomaryovun meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR