Bakıda motosiklet yük maşını ilə toqquşub, xəsarət alan var

Bakıda motosiklet yük maşını ilə toqquşub, xəsarət alan var
# 04 dekabr 2019 23:38 (UTC +04:00)

Bakının Xətai rayonunda yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, 1996-cı il təvəllüdlü İsmayılov Əfsər Mübariz oğlu idarə etdiyi motosikletlə metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığındakı körpüdə hərəkətdə olarkən "Zil" markalı yük maşını ilə toqquşub.

Hadisə zamanı Ə.İsmayılov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona sağ diz qapağının sınığı, döş qəfəsinin və qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR